Pentaqon rəhbəri: “ABŞ-ın İraqdan qoşun çıxarmaq planları yoxdur”

Pentaqon rəhbəri: “ABŞ-ın İraqdan qoşun çıxarmaq planları yoxdur”
# 07 yanvar 2020 05:14 (UTC +04:00)

Pentaqon rəhbəri Mark Esper ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Esper bildirib ki, rəsmi Vaşinqton İraqı tərk etmək barədə qərar qəbul etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada ABŞ-ın Piyada Dəniz Korpusunun briqada generalı, İraqda anti-İŞİD koalisiyasının komandanı Uilliam Silinin açıqlaması əks olunmuş məktubu dərc edilib. Məktubda ABŞ qoşunlarının İraqdan çəkilməsinə dair məlumatlar yer alırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR