Tramp demokratları impiçment qaydalarını dəyişdirməkdə günahlandırıb

Tramp demokratları impiçment qaydalarını dəyişdirməkdə günahlandırıb
# 09 dekabr 2019 08:09 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrini impiçment qaydalarını dəyişdirməkdə ittiham edib.

APA “Gazeta” portalına istinadən xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində bildirib.

Öz paylaşımında amerikalı lider demokratları “qanuni prosedurlara əməl etməyən avaralar” adlandırıb”. Ancaq o, hansı qanunun pozulduğuna işarə etməyib.

Bundan başqa, prezident impiçment üzrə qarşıdangələn dinləmələri “saxta” adlandırıb, eyni zamanda qeyd edib ki, qaydalar 48 saat bundan öncə dəyişdirilib.

“Oyunda qalib gələ bilməyəndə qaydaları dəyiş”, - Tramp belə yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR