Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb

#
# 10:33
18 avqust 2020

ABŞ Prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Si Tzinpin və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb.

APA-nın məlumatına görə, D. Tramp Viskonsin ştatında keçirdiyi görüşdə Türkiyə, Rusiya, Çin və Şimali Koreya liderlərinin “dünya səviyyəli şahmatçı” olduğunu deyərək, rəqibi, demokratların namizədi olan Co Baydenin bu liderlərlə rəqabət apara bilməyəcəyini bildirib.

“Mən bir şeyi anladım ki, Ərdoğan, Putin, Tsinpin və Kim Çen In “dünya səviyyəli şahmatçı”dırlar”, - deyə ABŞ lideri vurğulayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR