Türkiyədə ABŞ diplomatik nümayəndəlikləri müvəqqəti bağlanacaq

#
# 01:30
25 aprel 2021

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluqları 26-27 aprel tarixlərində ehtiyat tədbiri olaraq bağlanacaq.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, səbəb kimi, ABŞ Prezidenti Co Baydenin “eməni soyqırımı” ifadəsini işlədəndən sonra diplomatik nümayəndəliklərin qarşısında nümayiş və ya etiraz aksiyalarının ola ehtimalı göstərilib.

Bu səbəbdən ABŞ-ın Türkiyədə yerləşən səfirliyi, Baş Konsulluğu, Konsulluq Agentliyi qeyd edilən günlərdə ABŞ vətəndaşları üçün gündəlik fəaliyyətini müvəqqəti olaraq dayandıracaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR