ABŞ-da 5-11 yaşlı uşaqlar üçün “Pfizer” peyvəndinin tətbiqi tövsiyə edilib

ABŞ-da 5-11 yaşlı uşaqlar üçün “Pfizer” peyvəndinin tətbiqi tövsiyə edilib
# 03 noyabr 2021 06:19 (UTC +04:00)

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara yerli “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.

APA xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb.

Mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə sözügedən yaş qrupunun iki dozası ilə peyvənd edilməsinə səs veriblər.

Bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün nəzərdə tutulan miqdarın, təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq.

Peyvəndin cümə günü satışa çıxa biləcəyi vurğulanıb.

Xatırladaq ki, 4 gün əvvəl ABŞ Qida və Dərman İdarəsi (FDA) 5-11 yaş arası uşaqlar üçün “Pfizer-BioNTech” peyvəndini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR