ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
# 29 oktyabr 2021 18:38 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi İrana yeni sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 4 İran vətəndaşına sanksiya tətbiq olunub. Onlardan ikisinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri olduğu qeyd olunur.

ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına İranda yerləşən iki şirkət də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR