Bayden G20 sammitini yüksək qiymətləndirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 01 noyabr 2021 01:36 (UTC +04:00)

“G20 sammiti pandemiya, iqtisadiyyatın bərpası və iqlim böhranı ilə mübarizədə irəliləyişə nail olub”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İtaliyanın Roma şəhərində keçirilən G20 sammiti ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Bu ilin kritik pandemiya fonunda qlobal çağırışlarla əlamətdar olduğunu deyən ABŞ lideri vurğulayıb ki, 2021-ci il iqtisadi bərpanın davam etməsi və iqlim böhranı ilə mübarizə baxımından çətin bir il olub: “İnanıram ki, biz bu məsələlərin hər biri üzrə nəzərəçarpacaq irəliləyiş əldə etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR