Co Baydenin yoğun bağırsağından şiş götürülüb

Co Bayden

© APA | Co Bayden

# 25 noyabr 2021 10:59 (UTC +04:00)

Həkimlər ABŞ Prezidenti Co Baydenin yoğun bağırsağından əməliyyat olunaraq çıxarılan polipin boruvarı adenoma olduğunu müəyyən ediblər.

APA-nın “Washington Post”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb

ABŞ Prezidentinin həkimi Kevin O'Konnor bunu potensial xərçəngdən əvvəlki bir lezyon olaraq xarakterizə edib və müntəzəm nəzarətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Həkim C. Baydenin 7-10 il ərzində yenidən kolonoskopiyadan keçməli olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR