“Facebook”, “Instagram” və “WhatsApp”ın işində problem yaranıb - VİDEO

“Facebook”, “Instagram” və “WhatsApp”ın işində problem yaranıb - VİDEO
# 19 noyabr 2021 22:02 (UTC +04:00)

Müxtəlif ölkələrdə internet istifadəçiləri “Facebook”, “Instagram” və “WhatsApp”dan istifadədə problemlə üzləşiblər.

APA-nın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər şəxsi hesablarına girməyə və xidmətlərdən istifadə etməyə çətinlik çəkirlər.

Problemlə bağlı ilk məlumatlar təxminən 1 saat əvvəl daxil olmağa başlayıb. ABŞ, Almaniya, Niderland, Britaniya, İtaliya, Fransa və Rusiyadakı istifadəçilər daha çox çətinliklə qarşılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR