Kubada etiraz aksiyası baş tutmayıb

 Kubada etiraz aksiyası baş tutmayıb
# 16 noyabr 2021 08:05 (UTC +04:00)

Kuba müxalifətinin paytaxt Havanada keçirmək istədiyi kütləvi etiraz aksiyası ləğv olunub.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, təşkilatçılar polisin say çoxluğunu nəzərə alaraq aksiyanı dayandırıblar.

Bununla belə, bəzi şəhərlərdə azsaylı qruplar dinc aksiya keçiriblər. Həftənin ilk iş günü polis bir neçə fəalı həbs edib. Bir neçə nəfərin isə yaşadığı mənzili tərk etməsi qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR