Nyu-York Qubernatoru “Omikron” ştammı ilə bağlı açıqlama verib

Nyu-York Qubernatoru “Omikron” ştammı ilə bağlı açıqlama verib
# 27 noyabr 2021 03:11 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Havkul koronavirusun Cənubi Afrikada yayılan yeni növ ştammı “Omikron”la bağlı “Twitter” səhifəsində açıqlama verib.

APA TASS-a istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, ştatda “Omikron”a yoluxma halı qeydə alınmayıb.

“Biz virus nümunələrinin monitorinqini davam etdirəcəyik. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəz, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı ilə bu istiqamətdə işi davam etdirəcəyik”, deyə Havkul vurğulayıb.

Qubernator hər kəsi tibbi maskadan istifadə etməyə, əlləri mütəmadi yumağa və davamlı olaraq koronavirus testi verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR