Nyu-Yorkda bu il 124 yeniyetmə güllə yarası alıb

Nyu-Yorkda bu il 124 yeniyetmə güllə yarası alıb
# 08 noyabr 2021 16:36 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında yaşı 18-dən aşağı olan 124 nəfər Nyu-York sakini güllə yarası alıb, onlardan 21-i ölümcül olub.

APA xəbər verir ki, bu barədə "New York Daily News" qəzeti şəhər polisinə istinadən yazır.

Qeyd olunur ki, 2020-ci və 2019-cu ilin eyni dövründə müvafiq olaraq yeddi və dörd yeniyetmə güllələnərək öldürülüb.

Qəzetin məlumatına görə, məktəblilər təhlükəsizliklərindən qorxaraq özləri ilə odlu silah, səsboğucu tapança, qaz balonları və digər qoruyucu vasitələr götürməyə məcbur olurlar. Təkcə iyul-oktyabr aylarında 24-dək polis şəhərin təhsil müəssisələrində 787 silah müsadirə edib ki, bu da 2018-ci və 2019-cu illərlə müqayisədə 28% çoxdur.

"Gördüyümüz kimi, gənclərin başına gələnlər bütövlükdə şəhərdə baş verənlərin əksidir. Onlar məktəbə gedərkən özlərini təhlükəsiz hiss etmirlər", - Nyu-Yorkun Təhsil Departamentinin nümayəndəsi Mark Rampersent qəzetə bildirib.

Departament hesab edir ki, bu neqativ tendensiya koronavirus pandemiyasının iqtisadi və emosional təsirindən qaynaqlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR