ÜST qızılca xəstəliyinin yayılma riskinin artmasından narahatdır

ÜST qızılca xəstəliyinin yayılma riskinin artmasından narahatdır
# 11 noyabr 2021 07:11 (UTC +04:00)

“Yoluxma hallarının sayının azalmasına baxmayaraq, dünyada qızılca xəstəliyinin yayılma riski artmaqda davam edir”.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) birgə dərc etdiyi yeni hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən 22 milyondan çox uşaq qızılca peyvəndinin ilk dozasını buraxıb ki, bu da 2019-cu illə müqayisədə 3 milyon çoxdur: “Bu, son iki onillikdə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır. Buna baxmayaraq, eyni zamanda, əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR