Nikolas Berns: “Kosovonun statusu mayın əvvəlinə kimi müəyyən olunacaq”

Nikolas Berns: “Kosovonun statusu mayın əvvəlinə kimi müəyyən olunacaq”
# 28 mart 2007 13:58 (UTC +04:00)
Kosovonun statusu mayın əvvəlinə kimi müəyyən olunacaq. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, ABŞ dövlət katibinin müavini Nikolas Berns bəyan edib ki, Kosovonun gələcəyinə dair BMT-nin xüsusi elçisi Martti Ahtisaarinin təklif etdiyi plan həmin təşkilatın Təhlükəsizlik Şurasında ağır müzakirələrdən keçməli, lakin yekun qərar may ayının əvvəlinə kimi qəbul edilməlidir. O bildirib ki, aparıcı Qərb dövlətləri Kosovonu müstəqil görmək barədə açıq şəkildə işarə vurublar, ancaq bu, dinc yolla və BMT Təhlükəsizlik Şurasının tam nəzarəti altında baş verməlidir. Onun sözlərinə görə, rəsmi Vaşinqton həm Belqrad, həm də Priştina ilə aktiv iş aparacaq, lakin bununla bərabər BMT TŞ-də səsvermə məsələsində tələsiklik olmayacaq. N. Berns bir daha bəyan edib ki, Ahtisaari planına dair yeni danışıqların keçirilməsi və ya yeni vasitəçinin seçilməsi müzakirə obyekti ola bilməz. O, həmçinin Kosovoya dair qərarın Avropada, Qafqazda və Mərkəzi Asiyadakı digər hallarda tətbiq edilməsi ehtimalını istisna edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR