BMT Təhlükəsizlik Şurası İran hökumətini əsir götürülmüş britaniyalı dənizçiləri azadlığa buraxmağa çağırıb

BMT Təhlükəsizlik Şurası İran hökumətini əsir götürülmüş britaniyalı dənizçiləri azadlığa buraxmağa çağırıb
# 30 mart 2007 08:18 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası İran hökumətini ötən həftə Fars körfəzində saxlanmış 15 Böyük Britaniya dənizçisini azadlığa buraxmağa çağırıb. APA-nın məlumatına görə, bəyanatı səsləndirən BMT TŞ sədri Dumisani Kumalo rəsmi Tehrandan əsirlərlə görüş üçün şərait yaradılmasını tələb edib. Qeyd edək ki, Böyük Britaniya Müdafiə Nazirliyi martın 23-də “Kornuoll” gəmisinin 15 ekipaj üzvünün İranın sahil sularında həbs olunduğu barədə məlumat yayıb. Britaniyalı dənizçilər BMT TŞ-nin 1723 saylı qətnaməsinə əsasən ticarət gəmilərinə baxış keçirməklə məşğul olublar. Dünən isə Müdafiə Nazirliyi dənizçilərin saxlandığı koordinatları açıqlayıb. Məlumata əsasən dənizçilər İran sahil sularından 1,7 mil uzaqlıqda həbs olunublar. İran isə britaniyalı dənizçilərin sahil suları daxilində həbs edildiyini bildirir. Saxlanan dənizçilərdən biri qadındır. İran hökuməti onları casusluq fəaliyyətində suçlandırır, əgər bu ittihamlar sübuta yetirilsə, dənizçiləri edam cəzası gözləyir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR