Hillari Klinton seçki kampaniyası üçün indiyə qədər 36 milyon dollar toplayıb

Hillari Klinton seçki kampaniyası üçün indiyə qədər 36 milyon dollar toplayıb
# 02 aprel 2007 10:13 (UTC +04:00)
ABŞ prezidentliyinə demokratların namizədi olmaq uğrunda mübarizə aparan senator Hillari Klinton seçki kampaniyası üçün indiyə qədər 36 milyon dollar toplayıb. APA-nın xəbərinə görə, bu miqdarın 26 milyonunu ianələr təşkil edir, 10 milyonu isə Senata keçirilmiş seçki dövründən qalıb. İanələr bütün ştatlardan olan 50 min donor tərəfindən daxil olub. Sabiq birinci ledinin qərargahından kampaniyanın böyük entuziazm və ciddi dəstəklə müşayiət olunmasından təsirləndiklərini bildiriblər. Toplanmış vəsaitin nə qədərinin partiyadaxili ilkin seçkidə, nə qədərinin isə bilavasitə seçki kampaniyasında istifadə olunacağı hələlik müəyyənləşməyib. H. Klintonun partiya daxilindəki əsas rəqibi Barak Obamanın qərargahından isə nə qədər pul topladıqlarını açıqlamayaraq 83 min donordan yardım alındığını deyiblər. Demokratların üçüncü namizədi - Con Edvards 14 milyon dollar topladığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR