“Google” dünyada ən bahalı brenddir

“Google” dünyada ən bahalı brenddir
# 24 aprel 2007 16:52 (UTC +04:00)
“Google” brendi “Milward Brown” şirkətinin tərtib etdiyi reytinqdə birinci yeri tutub. APA-nın məlumatına görə, “Google” “Microsoft”u birinci yerdən sıxışdırıb. “Google” brendinin dəyəri bir il ərzində 77 faiz artaraq, 66,43 milyard dollar təşkil edib. Bir il əvvəl “Google” bu reytinqdə yalnız 7-ci yeri tuturdu.
İkinci yerdə Amerikanın “General Electrics” şirkətinin brendidir. Onun dəyəri 61,88 milyard dollardır. Üçüncü yerdə “Microsoft”dur (56,9 milyard).
Qeyri-Amerika şirkətləri arasında beşinci yerdə duran Çinin “China Mobile” şirkəti liderlik edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR