BMT-nin baş katibi Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Gün münasibətilə dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Gün münasibətilə dünya ölkələrinə müraciət edib
# 12 iyun 2007 14:44 (UTC +04:00)
BMT-nin baş katibi 17 iyun - Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Gün münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müxtəlif səbəblərdən baş verən səhralaşma dünyanın təkcə qlobal ekoloji problemi deyil və 100-dən çox ölkədə 1,2 milyard insanın sağlamlığı üçün təhlükə yaradır. Dünyanın aztəminatlı hər 3 nəfərindən ikisi quraq torpaqlarda yaşayır. Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Günün builki mövzusu “Səhralaşma və iqlim dəyişmələri qlobal problemdir” adlanır. Müraciətdə daha sonra qeyd edilir ki, BMT-nin 13 il əvvəl - 17 iyunda qəbul etdiyi Səhralaşma üzrə Konvensiyanın məqsədi regionları bu problemdən xilas etməkdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR