Tomas Qolts: “ABŞ-ın Avropada raket kompleksi quraşdırmaqda əsl niyyəti İrandan gələn təhlükəni önləmək deyil”

Tomas Qolts: “ABŞ-ın Avropada raket kompleksi quraşdırmaqda əsl niyyəti İrandan gələn təhlükəni önləmək deyil”
# 21 iyun 2007 09:00 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, cənab Qolts bildirib ki, əgər, Ağ Evin niyyəti doğurdan da İrandan gələn təhlükə ilə bağlı olsaydı, o zaman Rusiya prezidentinin təklifini bu təhlükəni dəf etmək üçün ideal variant adlandırmaq mümkün idi. Sovetoloq hesab edir ki, Qahirə, Oman və Hind okeana kimi əraziyə “qulaq asmağa” imkan verən köhnəlmiş baza Rusiyanın Azərbaycandan icarəyə götürdüyü sonuncu hərbi obyektdir. “Azərbaycanda fəaliyyət göstərən axırıncı bazanı Amerikaya ötürməklə, Putin ölkədə hərbi mövcudluğu amerikanların üstünə yaxmaq istəyir. Bununlada o gələcəkdə yerli əhali arasında həmin qüvvələrə qarşı narazılığı artırmağa çalışır. Digər tərəfdən amerikanları Qəbələni birgə istismara dəvət edərək Rusiya 15 ildən sonra ilk dəfə olaraq Azərbaycanda hüquqi şəkildə öz mövcudluğunu təspit edəcək. Bu halda amerikanlılar oranı tərk edənə kimi ruslar Qəbələ RLS-nə nəzarət edəcəklər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR