ABŞ-ın vitse-prezidenti Riçard Çeyni növbəti dəfə infarkt keçirib

ABŞ-ın vitse-prezidenti Riçard Çeyni növbəti dəfə infarkt keçirib
# 27 noyabr 2007 07:59 (UTC +04:00)
ABŞ-ın vitse-prezidenti Riçard Çeyni növbəti dəfə infarkt keçirib. APA-nın məlumatına görə, bu, 64 yaşlı siyasətçinin keçirdiyi sayca dördüncü infarktdır. Dərhal xəstəxanaya çatdırılan Riçard Çeyninin ürəyinə növbəti cərrahi müdaxilə edilib və həkimlər onun ürəyinin normal fəaliyyət rejimini bərpa ediblər. Vitse-prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Riçard Çeyninin ürəyinin yuxarı kamerasının normal ritminin bərpa edilməsi üçün elektrik impulsundan istifadə olunub. ABŞ hökumətinin ikinci şəxsinin sabahdan yenidən işə çıxacağı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR