ABŞ-ın 2008-ci il üçün hərbi büdcəsi 696,4 milyard dollar təşkil edəcək

ABŞ-ın 2008-ci il üçün hərbi büdcəsi 696,4 milyard dollar təşkil edəcək
# 07 dekabr 2007 10:43 (UTC +04:00)
ABŞ Senatı və Nümayəndələr Palatasının razılaşdırıcı komissiyası 2008-ci il üçün hərbi büdcənin həcmini müəyyənləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gələn il üçün ABŞ-ın müdafiə büdcəsi 696,4 milyard dollar təşkil edəcək. Bu vəsaitin 507 milyardı Pentaqonun il ərzindəki cari xərclərinə və Energetika Nazirliyinin nüvə proqramlarına, 189,4 milyardı isə İraq və Əfqanıstandakı hərbi əməliyyatlara, partlayıcı qurğulardan müdafiə olunmaq üçün xüsusi zirehli texnika alınmasına, bəzi hərbi bazaların bağlanmasına və digər məqsədlərə yönəldiləcək. Komissiya bütün kateqoriyalardan olan hərbçilərin maaşlarının 3,5% artırılması və Quru Qüvvələrinin şəxsi heyətinə 13 min, dəniz piyadalarının şəxsi heyətinə isə 9 min əsgər əlavə olunmasına razılıq verib. Sənədin gələn ay Nümayəndələr Palatası və Senatda təsdiqlənəcəyi gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR