Sosioloji sorğu: Amerikalılar öz ordusuna, yaponlar isə milli mətbuata etibar edirlər

Sosioloji sorğu: Amerikalılar öz ordusuna, yaponlar isə milli mətbuata etibar edirlər
# 14 dekabr 2007 10:30 (UTC +04:00)
Amerikalıların etibar etdiyi institutlar sırasında ilk üçlüyü ordu (77,8%), kilsə (75,3%), xəstəxanalar (74%) təşkil edir. Ölkə vətəndaşlarının yalnız 36 faizi ABŞ prezidenti Corc Buşa etibar etdiyini deyib. Maraqlıdır ki, yaponların da çox az hissəsi hökumət başçısına etibar etdiklərini bildiriblər. Hər beş yapondan ikisi baş nazirin fəaliyyətinə və verdiyi vədlərə tam inanır. Yaponiyada ən çox etibar edilən institut mediadır. Ölkə vətəndaşlarının 61 faizi milli mətbuatı ən etibar etdikləri sosial institut adlandırıblar. Etibarlılıq reytinqinə görə ikinci yeri xəstəxanalar (54,3%), üçüncü yeri isə məhkəmə (53,4%) tutur. Sorğuda çıxan maraqlı nəticələrdən biri yaponların ölkənin yeganə hərbi müttəfiqi olan ABŞ-a etibar etməməsidir. Yapon respondentlərin 54 faizi bu fikirdədir. Bunun müqabilində amerikalıların 61 faizi müttəfiq olaraq Yaponiyaya arxalanmağın mümkünlüyünü düşünür. Amerikalıların əksəriyyəti (76 faiz) hesab edir ki, ABŞ üçün ən böyük hərbi təhlükə Yaxın Şərq regionundan qaynaqlanır. Bu sırada ikinci yeri Şimali Koreya (65%), üçüncü yeri (57%) Çin tutur. Rusiyanın ABŞ üçün hərbi təhlükə törətməsinə amerikalıların 45 faizini inanırlar. Yaponların da 70 faizi ölkə üçün bir nömrəli hərbi təhlükə mənbəyinin Şimali Koreya olduğunu düşünürlər. Bu kontekstdə Yaponiya üçün hərbi təhlükə mənbəyi sayılan digər ölkələr Çin (63%) və Rusiya (40%) hesab olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR