Fidel Kastro hakimiyyətdən gedəcəyini bəyan edib

Fidel Kastro hakimiyyətdən gedəcəyini bəyan edib
# 18 dekabr 2007 07:53 (UTC +04:00)
Prezidentin məktubu dünən ölkənin ən populyar proqramı olan “Dəyirmi masa” verilişində oxunub. 1959-cu ildən Kubaya rəhbərlik edən Fidel Kastro bildirib ki, əsas vəzifəsi bütün ömrü boyu hakimiyyətdə qalmaqdan ibarət deyil: “Mən əsas vəzifəm uzun illər ərzində topladığım son dərəcə dəyərli təcrübəmi və ideyalarımı yeni nəsillə bölüşməkdir”. Qeyd edək ki, bu, indiyə kimi Fidel Kastronun tutduğu vəzifələrdən gedəcəyinə dair ilk fikridir. Yatağa düşdükdən sonra dövlət telekanalları Fidel Kastronun Kuba xalqına onlarla məktubunu yayımlayıb və prezidentin mətbuatda çoxlu sayda məqalələri dərc olunub. Lakin buna qədər məktub və məqalələrin heç birində Kastronun vəzifədən getməyə hazırlaşdığı barədə fikir öz əksini tapmayıb. Qeyd edək ki, Fidel Kastro 2006-cı il iyulun 31-də mədəsində ağır cərrahiyyə əməliyyatı keçirib. Bundan sonra prezident öz səlahiyyətlərinin qardaşı Raul Kastroya verib. Son ilyarım ərzində Fidel Kastro bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, lakin telekanallarla Fidel Kastronun videogörüntüləri yayımlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR