ABŞ-dakı yəhudi icmasının rəhbərlərindən olan Abraham Foksman uydurma “soyqırım” layihəsinin gündəmdən çıxdığını bildirib

ABŞ-dakı yəhudi icmasının rəhbərlərindən olan Abraham Foksman uydurma “soyqırım” layihəsinin gündəmdən çıxdığını bildirib
# 12 yanvar 2008 09:15 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, ABŞ-dakı ən güclü yəhudi təşkilatlarından biri olan Anti-Diffamasiya Liqasının (Anti-Defamation League) rəhbəri Abraham Foksman uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinin artıq problem olmadığını bildirib. O, layihənin əleyhinə çıxdıqlarını və bu mövqelərinin dəyişməyəcəyini söyləyib: “Bu məsələdə Türkiyə ilə qarşılıqlı anlaşma əldə etmişik”. A. Foksman layihənin Konqresin gündəmində olmadığını vurğulayıb. O, ABŞ-dakı yəhudi icmasının Ankaraya dəstək verməyə davam edəcəyini təkrarlayaraq yaxın vaxtlarda Türkiyəyə səfər edəcəklərini açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR