Hillari Klinton Miçiqan ştatında keçirilən ilkin seçkidə qalib gəlib

Hillari Klinton Miçiqan ştatında keçirilən ilkin seçkidə qalib gəlib
# 16 yanvar 2008 08:17 (UTC +04:00)
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, demokratların namizədləri Barak Obama və Con Edvards partiyadaxili fikir ayrılıqları üzündən bu ştatdakı ilkin seçkiyə qatılmayaraq, tərəfdarlarını digər namizədlərin əleyhinə səs verməyə çağırıblar. Seçicilərin 40 faizi bu çağırışa əməl edib, 55 faizi isə Hillari Klintona səs verib. Respublikaçılar daxilindəki seçkilərdə isə Mitt Romni qalib gəlib. Miçiqanın sabiq qubernatoru Corc Romninin oğlu olan Mitt 39 faiz səs toplayıb. Onun rəqibləri Con Makkeyn 30, Mayk Hakkabi isə 16 faiz səs alıblar. Bu nəticələr respublikaçılar daxilindəki namizədlik yarışında açıq favoritin olmadığını göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR