Rejissor Oliver Stoun Corc Buş haqqında film çəkmək fikrindədir

Rejissor Oliver Stoun Corc Buş haqqında film çəkmək fikrindədir
# 21 yanvar 2008 10:16 (UTC +04:00)
Məşhur amerikalı rejissor Oliver Stoun yaxın gələcəkdə indiki prezident Corc Buş haqqında film çəkmək fikrindədir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, O. Stoun əsas rolun ifasını “Burda qocalara yer yoxdur” filmində baş rol oynamış Coş Brolinə tapşırmaq niyyətindədir. Rejissor çəkilişlərə aprel ayında başlamağı düşünür. Filmin premyerası yeni prezidentin seçiləcəyi noyabr ayına planlaşdırılır. O. Stoun filmdə əsas diqqəti C. Buşun gəncliyinə, atası ilə qarşılıqlı əlaqələrinə və Allaha münasibətinə yönəldərək onun real portretini yaratmaq istədiyini bildirib: “Film şübhəsiz ki, onun həm tərəfdarlarını, həm də əleyhdarlarını təəccübləndirəcək”.
Qeyd edək ki, O. Stoun daha əvvəl Con Kennedi və Riçard Nikson haqqında da film çəkib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR