Barak Obama Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib

Barak Obama Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib
# 27 yanvar 2008 11:00 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Barak Obama əsas rəqibi olan Nyu-York ştatının senatoru Hillari Klintondan iki dəfə çox səs alıb.
Praymerizin nəticələrinə görə, Obamanı 55, Klintonu isə 27 faiz seçici dəstəkləyib. Demokratlar Partiyasından prezidentliyə digər namizəd Con Edvards isə 18 faiz səslə kifayətlənib. Barak Obama və Hillari Klinton səsvermənin nəticələrini gözləmədən dərhal Cənubi Karolinanı tərk edib. Bu, fevralın 5-də ABŞ-ın 22 ştatında keçiriləcək superpraymerizə ciddi hazırlaşmaq niyyəti ilə əlaqələndirilir. Qaradərili senator Corciya, keçmiş birinci ledi isə Tennesi ştatına yollanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR