ABŞ-da atəş və yanğın nəticəsində azı iki nəfər ölüb, bir neçə uşaq itkin düşüb

ABŞ-da atəş və yanğın nəticəsində azı iki nəfər ölüb, bir neçə uşaq itkin düşüb
# 19 iyul 2021 11:30 (UTC +04:00)

ABŞ-ın Tukson şəhərində açılan atəş və yanğın nəticəsində ən azı iki nəfər ölüb, bir neçə uşaq itkin düşüb.

APA-nən məlumatına görə, bu barədə "KOLD-TV" polisə istinadən xəbər verir.

Məlumata görə, əvvəlcə naməlum 35 yaşlı kişi parkların birində təcili yardım işçilərinə atəş açıb. Daha sonra şübhəli şəxs yanğın baş verən evə yaxınlaşıb və yanğınsöndürən və yanğını söndürməyə kömək edən qonşulara atəş açıb. Xilasetmə qrupları hadisə yerinə polis çağırıb.

Cinayətkar yerini tərk edərək polis avtomobilinə çırpılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşı ilə atışma nəticəsində o, yaralanıb və ağır vəziyyətdə yerli xəstəxanaların birinə aparılıb.

Qonşulardan birinin güllə yarasından öldüyü bildirilir. Bundan başqa, yanmış evdə də bir nəfərin cəsədi tapılıb. Şübhəli şəxsin ikincinin ölümündə iştirak edib-etmədiyi hələ məlum deyil.

Polisin verdiyi məlumata görə, evdə yaşayan uşaqlar haqqında da hələlik heç bir xəbər yoxdur. Təcili yardım xidmətinin yaralanmış bir əməkdaşı da xəstəxanaya yerləşdirilib. Telekanal xəbər verir ki, digər yaralıların həyatına heç bir təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR