ABŞ-da barda atışma baş verib, üç nəfər ölüb

ABŞ-da barda atışma baş verib, üç nəfər ölüb
# 23 may 2021 16:06 (UTC +04:00)

ABŞ-da Ohayo ştatının Youngstaun şəhərində bir barda baş verən atışma nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

APA bildirir ki, bu barədə CNN telekanalı şəhər polis idarəsinin nümayəndəsinə istinadən xəbər verib.

Bazar günü gecə atışma xəbərləri alındıqdan sonra polis hadisə yerinə çağırılıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Hazırda hadisə barədə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR