ABŞ-da bina çöküb, xəsarət alanlar var

ABŞ-da bina çöküb, xəsarət alanlar var
# 13 sentyabr 2021 01:25 (UTC +04:00)

ABŞ-ın Corciya ştatının De-Kalb dairəsində yaşayış kompleksinin bir hissəsi partlayış nəticəsində qismən çöküb, nəticədə bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “WSB-TV 2” telekanalı polisə istinadən məlumat yayıb.

Binada yaşayan sakinlər təxliyə edilib. Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir..

Sakinlər arasında dağıntılar altında qalanların olub-olmadığı bilinmir, ancaq partlayış nəticəsində bir neçə nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Azı iki nəfər xəsarət alıb, daha iki nəfərin də itkin düşdüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR