ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb, 99 nəfər itkin düşüb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb, 99 nəfər itkin düşüb
# 25 iyun 2021 00:01 (UTC +04:00)

ABŞ-ın Florida ştatı, Mayami şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “ABC” telekanalı məlumat yayıb.

Buna qədər bir nəfərin öldüyü təsdiqlənmişdi. Son məlumata görə, 99 nəfər hələ də itkin düşmüş hesab olunur.

“ABC” xəbər verir ki, dağıntılar altından ölənlərlə birgə 35 nəfəri çıxarmaq mümkün olub. Sağ qalanların bəziləri travma alıb.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 23-dən 24-nə keçən gecə qəfildən çöküb. Hadisə bölgəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb. Ərazidə polis, yanğından mühafizə xidməti və xilasedicilər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR