ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı yenidən artıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı yenidən artıb
# 01 iyul 2021 02:42 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyiində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Dağıntılar altından daha dörd nəfərin cəsədini çıxarda bildik. Ölənlərin ümumi sayı 16-ya çatdı”, - deyə Kava bildirib.

O, hadisə zamanı binada olduğu ehtimal edilən 147 nəfərin yerinin hələ də müəyyənləşdirilmədiyini də əlavə edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl “Fox News” telekanalı ölənlərin sayının artdığını bildirmiş və bunu dağıntıların təmizlənməsi zamanı xilasedicilər tərəfindən son gün ərzində bir neçə cəsəd parçası tapılması ilə əlaqələndirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR