ABŞ-da daha bir bina çöküb, yaralılar var

ABŞ-da daha bir bina çöküb, yaralılar var
# 02 iyul 2021 06:26 (UTC +04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda tikilməkdə olan bina çöküb.

APA-nın məlumatına görə, bu barədə paytaxtın Yanğından Mühafizə İdarəsi “Twitter” səhifəsində xəbər paylaşıb.

Hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalıb, bir neçə nəfər yaralanıb.

Xəsarət alanların hamısı tikintidə işləyən işçilərdir. Xilasedicilər dağıntılar altında axtarış aparır.

Yaxınlıqdakı binanın sakinləri təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR