ABŞ-da daşqınlar biri azyaşlı olmaqla 4 nəfərin həyatına son qoyub

ABŞ-da daşqınlar biri azyaşlı olmaqla 4 nəfərin həyatına son qoyub
# 07 oktyabr 2021 23:54 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında yağan leysan yağışlar nəticəsində 4 nəfər həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib.

Qeyd edilib ki, Arab şəhərində baş verən daşqınlar avtomobildə olan 4 yaşlı qızı bayıra çıxararaq həyatına son qoyub.

Fəlakətin digər qurbanı 18 yaşlı qız olub. Huver ştatında isə gənc cütlüyü sel aparıb.

Pelam dairəsində 80-dən çox yerli sakin sular altında qalmış evlərdən təxliyə edilib. Avtomobillərdə qapalı vəziyyətdə qalan 15 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR