ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 82-yə çatıb - YENİLƏNİB

ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 82-yə çatıb - YENİLƏNİB
# 09 sentyabr 2021 09:13 (UTC +04:00)

ABŞ-ın şimal-şərqində “İda” qasırğası qurbanlarının sayı 82-yə çatıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, daha çox Nyu-York və Nyu-Cersi ştatları qasırğadan əziyyət çəkib. Qurbanların çoxu su ilə dolmuş binaların zirzəmilərində yaşayanlar olub.

***

08:12

ABŞ-ın Luiziana ştatında “İda” qasırğası qurbanlarının sayı 26-ya çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsindən bildirilib.

“İda” qasırğası sahildən uzaqlaşdıqdan sonra baş vermiş hadisələrin tam araşdırılması və bir neçə araşdırmanın tamamlanması qasırğa ilə bağlı daha 11 ölüm faktı təsdiqlənib. Belə olan halda, Luiziana ştatında “İda” qasırğası qurbanlarının sayı 26 nəfərə çatıb”, - deyə açıqlamada qeyd olunub.

Bundan əvvəlki məlumata görə, ABŞ-ın şərqində “İda” qasırğası qurbanlarının sayı 68 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR