ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq

ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq
# 19 avqust 2021 00:45 (UTC +04:00)

Sentyabrın 20-dən etibarən ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatda deyilir.

Qeyd edilib ki, ABŞ mütəxəssislər uzun müddətli qorunmanı təmin etmək üçün əhaliyə peyvəndin əlavə dozasının vurulmasına ehtiyac olduğunu düşünür.

Üçüncü doza yalnız səkkiz ay əvvəl tam peyvənd olunanlara vurulacaq.

ABŞ hakimiyyəti sentyabrın 20-dən başlayacaq bir həftə ərzində bütün amerikalılara gücləndirici dozaları təqdim etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 37 milyondan çox koronavirusu yoluxma hadisəsi qeydə alınıb. Ölüm sayı isə 623 mindən çoxdur. Hər iki göstəriciyə görə, ABŞ dünyada birinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR