ABŞ-da səfərdə olan Patriarx Varfolomey xəstəxanaya yerləşdirilib

Konstantinopol Patriarxı Varfolomey

© APA | Konstantinopol Patriarxı Varfolomey

# 24 oktyabr 2021 20:14 (UTC +04:00)

ABŞ-da səfərdə olan Konstantinopol Patriarxı Varfolomey həkimin məsləhəti ilə halsızlıq səbəbindən Corc Vaşinqton Universitetinin xəstəxanasına yerləşdirilib.

APA xəbər verir ki, bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb.

“Patriarx gəldiyi zaman uzun yol və fəaliyyət proqramı səbəbindən özünü pis hiss edib. Həkimi ona istirahət etməyi tövsiyə edib və ehtiyat tədbiri olaraq, müayinə üçün Corc Vaşinqton Universitetinin xəstəxanasına aparılıb”, məlumatda deyilir.

Qeyd edək ki, Varfolomey şənbə günü ABŞ-a son 12 ildə ilk dəfə 12 günlük səfərə gəlib.

Səfərin ilk günü Yunanıstanın ABŞ-dakı səfiri ilə şam yeməyinə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR