ABŞ-da təyyarə qəzası zamanı 4 nəfəri ölüb

ABŞ-da təyyarə qəzası zamanı 4 nəfəri ölüb
# 28 iyul 2021 03:14 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə eniş zamanı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Fox” telekanalı məlumat yayıb.

Hadisə Traki şəhərində qeydə alınıb. Hadisə nəticəsində təyyarədə olan 4 nəfər ölüb.

İlkin məlumata görə, təyyarə eniş edərkən şam ağaclarına toxunub və qəzaya uğrayaraq alovlanıb.

Hadisə nəticəsində elektrik xətlərinin sıradan çıxdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR