ABŞ-da universitet ərazisində baş vermiş atışma zamanı 3 nəfər yaralanıb

ABŞ-da universitet ərazisində baş vermiş atışma zamanı 3 nəfər yaralanıb
# 04 sentyabr 2021 23:47 (UTC +04:00)

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) Tauson Universitetinin ərazisində silahlı insident baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

“Universitetin düşərgəsində baş vermiş atışma zamanı üç nəfər yaralanıb. Polis araşdırma aparır”, - deyə şəhər polisinin “Twitter” səhifəsində qeyd olunub.

Bildirilir ki, yaralıların həyatları üçün heç bir təhlükə yoxdur. Məlumata görə, yaralılardan yalnız bir qız həmin təhsil müəssisəsinin tələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR