ABŞ Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etmək planını pisləyib

ABŞ Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etmək planını pisləyib
# 24 sentyabr 2021 23:52 (UTC +04:00)

ABŞ administrasiyası “Taliban”ın Əfqanıstanda cinayət əməllərinə görə edam və bədənə xəsarət yetirmək kimi cəza növlərini bərpa etməklə bağlı planlarını qəti şəkildə pisləyir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Biz əfqanlar arasında ətrafların kəsilməsi və edam edilmə kimi cəza növlərinin yenidən bərpası planlarını qəti şəkildə qınayırıq. “Taliban”ın bəyan etdiyi bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara yol verənləri məsuliyyətə cəlb etmək niyyətindəyik”, - deyə Prays brifinq zamanı vurğulayıb.

Qeyd edək ki, “Associated Press” ötən gün “Taliban”ın görkəmli nümayəndələrindən biri Molla Nuruddin Turabiyə istinadən xəbər verib ki, hərəkatın nümayəndələri Əfqanıstanda oğurluq cinayətinə görə əzaların kəsilməsi təcrübəsinə riayət etmək niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR