ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ
# 21 iyul 2021 14:42 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 806 min barel artaraq təqribən 438 385 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 4 167 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR