ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell koronavirusdan vəfat edib

Kolin Pauell

© APA | Kolin Pauell

# 18 oktyabr 2021 16:10 (UTC +04:00)

ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sabiq dövlət katibinin ölüm xəbərini ailəsi açıqlayıb.

K. Pauellin 85 yaşında koronavirusdan vəfat etdiyi bildirilir.

“ABŞ-ın sabiq dövlət katibi və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Kolin Pauell COVID-19-dan yaranmış ağırlaşma nəticəsində bu gün səhər vəfat edib”, - deyə ailənin açıqlamasında bildirilir.

Qeyd edək ki, K. Pauell 2001-2005-ci illərdə ABŞ-ın 43-cü Prezidenti oğul Corc Buşun Administrasiyasında dövlət katibi vəzifəsini tutub.

1989-1993-cü illərdə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə rəhbərlik edib. K. Pauell 1987-1989-cu illərdə ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR