ABŞ-ın Texas ştatında 14 nəfəri yaralayan silahlılardan biri saxlanılıb

ABŞ-ın Texas ştatında 14 nəfəri yaralayan silahlılardan biri saxlanılıb
# 13 iyun 2021 04:02 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Ostin şəhər polisi 14 nəfərin yaralandığı silahlı insidentdə şübhəli bilinən silahlı şəxsi həbs edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis departamentinin saytında məlumat yer alıb.

“Hələlik bir şübhəli saxlanılıb. İkinci şübhəli hələ də azadlıqdadır”, - məlumatda belə deyilir.

Ostin rəhbərliyi şənbə gecəsi baş verən atışma nəticəsində 14 nəfərin yaralandığını bildirmişdi. Hadisənin motivləri barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR