ABŞ-ın Texas ştatında atışma olub, yaralılar var

ABŞ-ın Texas ştatında atışma olub, yaralılar var
# 05 iyul 2021 01:14 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Fort-Uert şəhərinin bölgələrindən birində baş verən atışma nəticəsində azı 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar gününə keçən gecə baş verib. Bildirilir ki, insidenti törədənlər hadisə yerindən qaçıblar, hələlik saxlanılan yoxdur.

Yaralılar bir neçə xəstəxanaya çatdırılıb, vəziyyətləri stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR