ABŞ Konqresi yaxınlığında aksiya keçirilib

ABŞ Konqresi yaxınlığında aksiya keçirilib
# 19 sentyabr 2021 08:16 (UTC +04:00)

Yanvarın 6-da Kapitoli binasına edilmiş hücum iştirakçılarına dəstək məqsədilə bir neçə yüz insan ABŞ Konqresinin divarları qarşısında aksiya keçirib.

APA xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

Mitinqlə əlaqədar Vaşinqtonun mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, polislər yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Justice for J6” nümayişinin iştirakçıları Kapitoliyə hücum etməkdə şübhəli bilinən 600-dən çox şübhəli barəsində məhkəmələrdə ədalətli münasibət tələb ediblər.

Polis aksiyaların qarşısını alıb. Aksiya zamanı ciddi iğtişaşlar müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR