ABŞ vitse-prezidentinin təyyarəsi nasazlıq səbəbindən təcili eniş edib

ABŞ vitse-prezidentinin təyyarəsi nasazlıq səbəbindən təcili eniş edib
# 07 iyun 2021 01:14 (UTC +04:00)

Xaricə ilk rəsmi səfərə çıxan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra Merilend ştatındakı Endryus hərbi bazasına geri dönüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders bildirib.

“Vitse-prezidentin təyyarəsində yaranmış texniki problemlə əlaqədar biz tezliklə Endryus hərbi bazasına qayıdacağıq və vitse-prezidentin təyyarəsi dəyişdirildikdən sonra Qvatemalaya uçuşunu davam etdirəcək. Bu, texniki bir məsələdir. Təhlükəsizlik baxımından ciddi narahatlıq yoxdur”, - Sanders belə deyib.

K.Harrislə xarici səfərə çıxan jurnalistlərin sözlərinə görə, təyyarə bazadan yerli vaxtla saat 14:22-də (Bakı vaxtı ilə saat 22:22-də) qalxıb və 14:53-də geri dönüb (Bakı vaxtı ilə 22:53). Bildirilir ki, təyyarə havaya qalxarkən şassidən qeyri-adi səs gəlib, ancaq eniş tamamilə normal olub.

Harris 7-8 iyun tarixlərində Meksika və Qvatemalaya səfər edəcək. O, ABŞ-Meksika sərhədi boyunca ABŞ-a kütləvi mühacirət problemini müzakirə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR