Alek Bolduinin çəkiliş zamanı atəş açması nəticəsində operator ölüb, rejissor yaralanıb - YENİLƏNİB - FOTO

Alek Bolduin

© APA | Alek Bolduin

# 22 oktyabr 2021 10:26 (UTC +04:00)

ABŞ-da film çəkilişi zamanı çəkiliş qrupuna atəşi baş rolun ifaçısı, məşhur Hollivud aktyoru Alek Bolduinin açdığı məlum olub.

APA-nın “santafenewmexican.com” saytına istinadən verdiyi məlumata görə, aktyor filmin çəkilişi zamanı çəkiliş qrupuna çəkiliş üçün nəzərdə tutulan rekvizit tapançadan atəş açıb. Nəticədə filmin operatoru ölüb, rejissoru yaralanıb.

Tapançanın döyüş güllələri ilə dolu olması, habelə A. Bolduinin rejissor və operatora hansı səbəbdən atəş açması araşdırılır.

Polis atəşi A. Bolduinin açdığını təsdiqləyib.

Polis tərəfindən dindirilən aktyora qarşı hələlik ittiham irəli sürülməyib.

***

07.12

ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub.

APA “TMZ” portalına istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.

Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - xanım operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.

Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR