Bayden "İda" qasırğasının ziyan vurduğu bölgələrə baş çəkəcək

ABŞ prezidenti Co Bayden

© APA | ABŞ prezidenti Co Bayden

# 05 sentyabr 2021 00:34 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden sentyabrın 7-də Nyu-Cersi ştatının Kuins rayonuna və Menvill şəhərinə gedəcək.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“7 sentyabr tarixində prezident “İda” qasırğası nəticəsində dəymiş ziyanı dəyərləndirmək üçün Menvill (Nyu-Cersi ştatı) və Kuinsə (Nyu-York şəhəri) səfər edəcək”, - deyə yazılı məlumatda qeyd olunub.

Cümə günü Bayden Nyu-Orleana (Luiziana ştatı) baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR