Bayden və Conson G7-nin Əfqanıstanla bağlı virtual sammitini keçirəcək

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson

© APA | ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson

# 18 avqust 2021 02:28 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstandakı vəziyyətə birgə yanaşma məsələlərini müzakirə etmək üçün G7-nin virtual sammitinin keçirilməsi barədə razılığa gəliblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Məlumata görə, Bayden və Conson Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

“Onlar ortaq strategiya və yanaşma məsələlərini müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirmək barədə razılığa gəldilər”, - deyə məlumatda qeyd olunub.

C.Bayden və B.Conson gələcəkdə Əfqanıstanla bağlı müttəfiqlər arasında sıx koordinasiyanın davam etdirilməsinin, eləcə də əfqanıstanlı qaçqınlara yardım göstərilməsinin zəruriliyini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR