BMT BA-nın 76-cı sessiyasına qatılan Braziliyanın səhiyyə naziri COVID-19-a yoluxub

Marselo Queiroga

© APA | Marselo Queiroga

# 22 sentyabr 2021 11:18 (UTC +04:00)

BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak edən Braziliyanın səhiyyə naziri Marselo Queiroga yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Guardian” məlumat yayıb.

Braziliya hökumətinin digər nümayəndələri ilə birlikdə iclasda iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan səhiyyə nazirinin virusa yoluxması təsdiqlənib. Braziliya hökuməti nazirin səhhətinin qənaətbəxş olduğunu və onun özünütəcrid rejiminə keçdiyini açıqlayıb.

Nazirin infeksiyaya yoluxması Braziliya Prezidenti Jair Bolsonarunun Baş Assambleyadakı çıxışından sonra təsdiqlənib.

Qeyd edək ki, ötən il koronavirusa yoluxan Jair Bolsonaru peyvənd olunmadan Baş Assambleyanın iclasında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR